Bakıda və Azərbaycanın bir neçə rayonunda son sutka ərzində silah-sursat aşkarlanaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilən tədbirlər zamanı 8 avtomat, 2 tüfəng, 2 patron darağı, eləcə də müxtəlif çaplı 548 patron aşkar edilərək götürülüb.
Bundan başqa, son sutka ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 34 fakt, silah-sursatın qanunsuz saxlanılması ilə bağlı isə 9 fakt qeydə alınıb.

