Azərbaycanda sentyabrın 1-də yağışlı hava şəraiti gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı proqnozlaşdırılır.
Yarımadanın bəzi yerlərində qısamüddətli intensiv leysan və şimşək çaxacağı ehtimal olunur. Səhər saatlarından yağıntının tədricən kəsiləcəyi, gündüz isə havanın əsasən yağmursuz keçəcəyi bildirilir.
Şimal-qərb küləyi arabir güclənəcək, gündüz isə şimal-şərq küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18–20, gündüz 23–26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə 75–85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi ərazilərdə qısamüddətli intensiv leysan, şimşək və dolu ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə oluna bilər.
Mülayim şərq küləyi əsəcək.
Rayonlarda temperatur gecə 18–21, gündüz 25–29 dərəcə isti, dağlarda isə gecə 10–15, gündüz 18–22 dərəcə isti olacaq.
Denmedia.az

