2 və 3 sentyabr tarixlərində Bakının bir sıra küçələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar hərəkət aşağıdakı ərazilərdə məhdudlaşdırılacaq:
- Mikayıl Əliyev küçəsi ilə Kamil Balakişiyev küçəsi arasındakı avtomobil yolunda – 2 sentyabr saat 09:00-dan;
- Kamil Balakişiyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsindən 61 nömrəli məktəbə qədər olan hissəsində – 2 sentyabr saat 10:00-dan;
- Xətai rayonunda Abdulla Rəhimov küçəsində – 3 sentyabr saat 08:00-dan.
Sürücülərdən alternativ yollardan istifadə etmələri, ərazidə quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

