Bakının Xətai rayonunda aparılan təmir işləri ilə əlaqədar Rövşən Əliyev küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, məhdudiyyət avqustun 26-sı saat 22:00-dan avqustun 28-i saat 22:00-dək qüvvədə olacaq.
Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

