Bakının Xəzər rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus qaz kəmərinin qoşulma nöqtəsinin yerinin dəyişdirilməsi ilə əlaqədar sentyabrın 2-si saat 09:00-dan işlər başa çatanadək Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsində və Stansiya Qala yaşayış ərazisində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

