Bakının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, 3 iyun saat 10:00-dan təmir işləri başa çatanadək payız-qış mövsümünə hazırlıq məqsədilə bəzi ünvanlarda qazın verilişi dayandırılacaq.
Qaz təchizatı Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən Dənizkənarı və O. Şabanov küçələrində, eləcə də qəsəbənin bağ massivində müvəqqəti olaraq dayandırılacaq.

