Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonunda Moskva prospektinin kənar yolu – Biləcəri enişi hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, təmir işlərinə sentyabrın 4-də saat 20:00-dan etibarən başlanılacaq.
Bildirilib ki, sözügedən hissədə hərəkətə tətbiq edilən məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə qalacaq.
Sürücülərdən bu müddət ərzində alternativ hərəkət istiqamətlərindən istifadə etmələri, həmçinin aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

