Sentyabrın 4-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 20-23, gündüz isə 26-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz isə 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə edilə bilər.
Rayonlarda havanın temperaturu gecə 16-21, gündüz 28-33 dərəcə isti, dağlarda isə gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

