Baş Gömrük İdarəsinin əməkdaşları hava nəqliyyatı ilə ölkəyə gətirilən və gömrük nəzarətindən gizlədilən brilyantlar aşkarlayıblar.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Şarja–Bakı aviareysi ilə ölkəyə gələn iki Azərbaycan vətəndaşı gömrük yoxlamasına cəlb edilib.
Baxış zamanı onların üzərində gömrük nəzarətindən gizlədilmiş bağlamalar aşkarlanıb. Həmin bağlamaların içərisində brilyantlar olduğu müəyyən edilib.
Ekspertiza rəyinə əsasən, brilyantların ümumi çəkisi 654,90 karat, dəyəri isə təxminən 3 milyon manat təşkil edir.
Faktla bağlı araşdırma aparılır.

