Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşlar və qızıl-zinət əşyalarının ölkəyə qanunsuz gətirilməsinin qarşısını alıblar.
DenMedia.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Dubay–Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə baxış keçirilib və şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı sərnişinə məxsus çamadanın içərisində gömrük orqanına bəyan edilməyən, gizlədilmiş 12,745 karat brilyant qaşlar və ümumi çəkisi 13 qram olan qızıl-zinət əşyaları aşkar edilib. Faktla bağlı müvafiq araşdırma aparılır.

