Göyçay rayonunun Çərəkə kəndində bu günlərdə böyük sevinc və qürur yaşanır. Bir neçə gündür sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində haqqında paylaşımlar edilən Çərəkə kənd sakini Aysun Məmmədovanın bu il qəbul imtahanlarında yüksək bal toplayaraq Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olması kənd sakinləri tərəfindən böyük sevinc hissi ilə qarşılanıb.
Aysunu ailə üzvləri, yaxınları, doğmaları, sinif yoldaşları, qonşuları və onu sevən insanlar təbrik ediblər.
Qeyd edək ki, bu nəticənin arxasında uzun müddət davam edən zəhmət, hazırlıq, səbir, əzm və qarşıya qoyulan məqsədə doğru inamla addımlamaq dayanır. Bu gün kənddən başlayan bir gəncin uğur hekayəsi Bakıya, Bakı Dövlət Universitetinə və jurnalistika dünyasına doğru uzanır. Aysu qarşıdakı illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alaraq öz arzularına doğru yeni addımlar atacaq. Bəlkə də bu gün Çərəkə kəndində qeyd olunan bu sevinc gələcəkdə Azərbaycan mediasında öz sözünü deyəcək gənc jurnalistin uğur yolunun başlanğıcıdır.
Ana üçün övladının belə bir uğur qazanması, illərlə çəkilən zəhmətin nəticəsini görmək, onun arzusunun gerçəkləşməsinə şahid olmaq, şübhəsiz ki, ən böyük xoşbəxtliklərdən biridir.
Aysunun uğuru bir daha göstərir ki, zəhmət, əzm və məqsədyönlü çalışma insanı arzularına aparan ən mühüm yollardan biridir.

