Bakının Moskva prospekti (kənar yol), Rəşid İsmayılov küçəsi (Biləcəri enişi) və Natəvan küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
AYNA-dan bildirilib ki, bu gün saat 20:00-dan etibarən 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 91, 92, 96, 102, 114A, 114B, 119, 130, 135, 137, 142, 156, 156A, 158, 159, 170, 199, 500, 503, 508, 525A, 525B, 594 və E2 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək.
Müntəzəm marşrut avtobuslarının hərəkəti Moskva prospektində yerləşən tuneldən təşkil olunacaq.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Biləcəri qəsəbəsi istiqamətində çalışan 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 92 və 96 nömrəli marşrutlar Bakı–Sumqayıt şosesi, Sulutəpə yol ötürücüsü, Xocəsən dairəsi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində hərəkət edəcək.
156, 156A, 158, 170, 525A və 525B nömrəli avtobuslar “20 Yanvar” dairəsi və Moskva prospektindəki tuneldən istifadə edəcək.
91 nömrəli marşrutun hərəkəti isə Rəşid İsmayılov küçəsi, 1-ci döngə və Qabil Süleymanov küçəsi ilə təşkil olunacaq.
Denmedia.az

