Suraxanı rayonunun Günəşli qəsəbəsində İlqar Musayev küçəsində təmir işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, təmir işləri İlqar Musayev küçəsinin Etibar Bəkirli küçəsi ilə kəsişməsindən Surxay Noçuyev küçəsi ilə kəsişməsinədək olan hissəni əhatə edir.
Aparılan işlərlə əlaqədar təmir yekunlaşanadək həmin yol hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən sıxlığın yaranmaması üçün hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

