Abşeron rayonunun Fatmayı kəndində qanunsuz fəaliyyət göstərən toyuq əti emalı müəssisəsi aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.
Bundan əlavə, müəssisədə olan toyuq məhsullarının müşayiətedici sənədlərinin və müvafiq etiketlərinin olmadığı aşkarlanıb.
Yoxlama zamanı digər nöqsanlar da müəyyən edilib.
Aşkarlanan çatışmazlıqlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.

