Bakıda fəaliyyət göstərən Dehli restoranında ciddi sanitar pozuntular aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, müəssisə antisanitar şəraitdə fəaliyyət göstərib və texnoloji ardıcıllıq prinsiplərinə əməl olunmayıb.
Yoxlama zamanı mətbəxdə və avadanlıqlarda mütəmadi təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı müəyyən edilib.
Bundan əlavə, müəssisədə ərzaq xammalının saxlanılması üçün anbar sahəsinin olmadığı, mətbəx hissəsində isə döşəmə və tavanın zədələndiyi aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
Aşkarlanmış nöqsanlar tam aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.

