Sabah – 15 oktyabrda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 17–20 dərəcə, gündüz isə 23–28 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək, nisbi rütubət isə 65–75 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan, şimşək çaxması və dolu ehtimalı var.
Rayonlarda temperatur gecə 15–19 dərəcə, gündüz 24–29 dərəcə isti, dağlarda isə gecə 7–12, gündüz 18–23 dərəcə isti olacaq.

