Bu gün, oktyabrın 15-də Azərbaycanın bəzi avtomobil yollarında duman səbəbindən görünüş məsafəsinin azalacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər saatlarında ölkənin ayrı-ayrı rayonlarında magistral avtomobil yollarında görünüş məsafəsi 500–1000 metrədək azalacaq.

