7 iyunda Azərbaycanın magistral avtomobil yollarında yağışlı və dumanlı hava səbəbindən görünüş məsafəsinin pisləşəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, ölkənin ayrı-ayrı rayonlarında yağıntı və duman səbəbindən avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq.
Sürücülərə daha diqqətli olmaq, hərəkət sürətini hava şəraitinə uyğun seçmək və təhlükəsiz ara məsafəsi saxlamaq tövsiyə olunur.

