Oktyabrın 18-də Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi, bəzi bölgələrdə temperaturun 31 dərəcəyədək yüksələcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18–20, gündüz 23–28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70–75, gündüz 60–65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Temperatur gecə 16–19, gündüz 26–31 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 7–12, gündüz 20–25 dərəcə isti olacaq.

