Avqustun 23-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi ərazilərdə temperaturun 40 dərəcəyədək yüksələcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, mülayim cənub-şərq küləyi əsəcək.
Paytaxt və yarımadada havanın temperaturu gecə 23–26, gündüz 31–36 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 758 mm civə sütunu, nisbi rütubətin isə gecə 70–75, gündüz 55–60 faiz təşkil edəcəyi bildirilir.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman, şərq küləyi gözlənilir.
Bölgələrdə temperatur gecə 22–27, gündüz 35–38, bəzi yerlərdə isə 40 dərəcəyədək yüksələcək. Dağlarda gecə 13–18, gündüz 23–28 dərəcə isti proqnozlaşdırılır.

