Oktyabrın 21-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, bəzi yerlərdə tutqun, əsasən yağmursuz hava gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şimal-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16–18, gündüz 22–26 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 768 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70–75, gündüz 60–65 faiz təşkil edəcək.
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv leysan, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.
Gecə və səhər bəzi yerlərdə duman müşahidə edilə bilər. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 16–19, gündüz 25–28, dağlarda gecə 5–10, gündüz 12–16 dərəcə isti olacaq.

