Sentyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-21, gündüz 24-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75, gündüz 50-60 faiz olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı proqnozlaşdırılır.
Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 18-21, gündüz 27-32 dərəcə isti, dağlarda isə gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

