11 
iyn
2024
15:30
72

"Baqrat otuz illik mənəvi xidmətini qurban verdi" - Surenyants

11 iyn, 2024
15:30
72

"Baqrat otuz illik mənəvi xidmətini qurban verdi" - Surenyants

“Arxiyepiskop Baqrat Qalstanyan otuz illik mənəvi xidmətini qurban verib. Ona görə də bir mandat müxalifət deputatları üçün elə də böyük qurban deyil”.

Den.az xəbər verir ki, bunu politoloq Suren Surenyants deyib.

“Müxalifət deputatları mandatlarını tərk etsələr, Ermənistanda hüquqi böhran yaşanmayacaq. Əksinə, bu, “Mülki Müqavilə”yə qarşı narazılığın və hətta nifrətin artmasına gətirib çıxaracaq. Çünki bütün hakimiyyət yalnız iqtidarın əlində cəmləşəcək. Təkpartiyalı parlamentin siyasi legitimliyi təmin edəcək qaynaqları yoxdur. Üstəlik, arxiyepiskop Baqrat otuz illik mənəvi xidmətini qurban verdi. Ona görə də bir mandat bizim dəyərli dostlarımız üçün o qədər də böyük qurban sayılmaz”, – deyə Surenyants vurğulayıb.

Günəş Fərəh
Den.az 

Bizimlə əlaqə saxlayın


Çox oxunanlar