26 
iyn
2023
13:30
139

Kimlər qurban kəsə BİLMƏZ? - İlahiyyatçıdan AÇIQLAMA

26 iyn, 2023
13:30
139

Kimlər qurban kəsə BİLMƏZ? - İlahiyyatçıdan AÇIQLAMA

Müqəddəs Qurban bayramına sayılı günlər qalıb.
Hər bir müsəlman bu günə həvəslə hazırlaşır, gücü çatdığı qədər bayram tədarükü görür. Bu bayramda qurban kəsmək hər bir müsəlmanın arzusudur. Bəs görəsən Qurban bayramında kimlərin qurban kəsməsi düzgün hesab edilmir?

Den.az bildirir ki, mövzu ilə bağlı ilahiyyatçı Hacı Təyyar Referans.az-a danışıb.

“Həcc ziyarətinə gedən müsəlmanlar üçün qurban kəsmək vacibdir. Amma digər hallarda, o cümlədən, Qurban bayramında qurban kəsmək vacib deyil. Bu zaman insan birinci maddi imkanına, ailə ehtiyaclarına, alacağına-verəcəyinə diqqət etməlidir. Məsələn, deyək ki, bir qurbanlıq heyvanın alıb kəsilməsi üçün minimum 250-300 manat lazımdır.

Əgər hansısa şəxsin buna imkanı çatmırsa, bu qəbildən olan insanların qurban kəsməsi vacib deyil. Bu şəriətdə də qəbul olunmur. Bundan başqa əgər bir nəfər daha öncə hansısa işlə bağlı Allah qarşısında qurban əhd edibsə və bunu etmək istəyirsə, yenə də maddi imkanının uyğun olmasına diqqət etməlidir”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar