21 
iyl
2023
19:03
183

Ermənilər üçün iri supermarketlər açılsın - TƏKLİF

21 iyl, 2023
19:03
183

Ermənilər üçün iri supermarketlər açılsın - TƏKLİF

"Qarabağ ərazisində məskunlaşmış erməni əhali əvvəlcə özləri üçün bir məsələni dəqiqləşdirməlidirlər. Onlar Azərbaycan vətəndaşı olmağı qəbul edirlərmi? Təbii ki, bütün reinteqrasiya prosesləri bundan sonra başlayacaq və ya başlamamış sona çatacaq".

Den.az bildirir ki, bu fikirləri News24.az-a açıqlamasında politoloq Azər Qasımov deyib. Politoloq bildirib ki, zorla kimisə Azərbaycan vətəndaşı etmək düzgün deyil: 

"Məsələ ondadır ki, Qarabağ erməniləri əgər Azərbaycanın vətəndaşlığını qəbul etməyəcəklərsə, hansı reinteqrasiyadan danışıla bilər? Zorla kimisə Azərbaycan vətəndaşı edə bilmərik. Bununla yanaşı, Qarabağdakı erməni əhali arasında Azərbaycan vətəndaşı olmaq istəyən, amma buna şərait olmadığı üçün çətinlik çəkən ermənilər də var. Azərbaycan məhz bu ermənilərin reinteqrasiyası məsələsi üzərində işləməlidir. Bunun üçün göndərilən yardımların qarşısını alan separatçı və barışmaz ermənilərin müqaviməti dəf edilməlidir. Bu, ilk növbədə təbliğat vasitəsi ilə olmalıdır. Elə bir mühit yaradılmalıdır ki, Azərbaycana reinteqrasiya etmək istəyən ermənilər bunu rahat şəkildə edə bilsinlər".

Ekspert təklif edib ki, bunun üçün təmas xəttinə yaxın ərazilərdə yardım məntəqələri yaradılsın:

"Təbii ki, həmin ermənilər də gəlib oradan yardım götürsünlər. Bir-iki erməni gələndən sonra tədricən bir çoxları da gələcək. Bunu Laçın keçid məntəqəsinin yaxınlığında da etmək olar. Laçın yolunun yanında ermənilər üçün iri supermarket və alış-veriş mağazaları da açmaq olar. Burada isə satışı Azərbaycan manatı ilə etmək və mağazada pul dəyişmə nöqtəsi açmaq olar. Xankəndi ermənilərinin etirazlarına baxmayaraq yardımlar mütləq Azərbaycan ərazisi və nəzarəti ilə olacaq. Bu, geri dönməz prosesdir və Azərbaycanın suveren hüququdur. Bunda kimsə Azərbaycanı təqsirləndirə, blokada tətbiqində günahlandıra bilməz. Ermənilər əgər Qarabağ ərazisində bundan sonra da yaşamaq istəyirlərsə, Azərbaycanın tələblərinə əməl etməlidirlər. Əks halda istəməyənlər üçün sərhəddin o biri tərəfi həmişə onları gözləyəcək".

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar