Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qarşılayıb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Bildirilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin və dialoqun əhəmiyyətini vurğulayır.

Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün imkan yaradır, deyə məlumatda qeyd olunub.
Eyni zamanda, Ceyhun Bayramov və Kaya Kallasın təkbətək formatda danışıqlar apardığı bildirilib.

