Prezident İlham Əliyev Azərbaycanın bir sıra ölkələrdəki fövqəladə və səlahiyyətli səfirlərinin geri çağırılması və yeni təyinatlarla bağlı sərəncamlar imzalayıb.
Prezidentin rəsmi sərəncamlarına əsasən, Nərgiz Akif qızı Qurbanova Azərbaycanın Polşadakı səfiri vəzifəsindən geri çağırılıb. Onun yerinə daha əvvəl Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri olan Fuad Eldar oğlu İsgəndərov təyin edilib.
Fuad İsgəndərov isə İsveçrə və Lixtenşteyndəki səfir vəzifələrindən geri çağırılıb.
Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Niderlanddakı səfiri və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Digər sərəncamla o, Azərbaycanın Belçikadakı səfiri təyin edilib.
Vaqif İsmayıl oğlu Sadıqov isə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, eləcə də Avropa İttifaqı yanında Nümayəndəliyin rəhbəri vəzifələrindən geri çağırılıb.

