Prezident İlham Əliyev səfirlərin təyin və geri çağırılması ilə bağlı bir sıra sərəncamlar imzalayıb.
Elçin Hüseynli Azərbaycanın Hindistandakı, həmçinin Banqladeş, Butan, Maldiv, Nepal və Şri-Lankadakı səfiri vəzifələrindən azad edilərək Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Ağalar Atamoğlanov Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən azad edilib.
Əlimirzamin Əsgərov Azərbaycanın Tacikistandakı səfiri vəzifəsindən geri çağırılaraq Qazaxıstana səfir təyin olunub.
Elxan Qəhrəman isə Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

