Azərbaycanda ümumi sahəsi 88 418 hektar olan Qarabağ Milli Parkı yaradılacaq.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sənədə əsasən, milli parkın ərazisinə beş rayonun dövlət mülkiyyətində olan torpaq sahələri daxil ediləcək.
Belə ki, Qarabağ Milli Parkının tərkibinə Ağdərə rayonundan 44 773,79 hektar, Xocalı rayonundan 24 597,80 hektar, Kəlbəcər rayonundan 13 514,98 hektar, Şuşa rayonundan 5 314,34 hektar və Laçın rayonundan 217,09 hektar torpaq sahəsi daxil olacaq.
Qeyd olunan torpaqlar xüsusi mühafizə olunan təbiət əraziləri kateqoriyasına aid ediləcək.

