okt
2023
12:12
275

Bakı və Abşeronun bu əraziləri Sumqayıta verilir

3 okt, 2023
12:12
275

Bakı və Abşeronun bu əraziləri Sumqayıta verilir

Sumqayıt şəhərinə Binəqədi və Abşeron rayonlarından 4 min hektara qədər torpaq sahələri verilir.

Den.az xəbər verir ki, bu,bu gün Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılan “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəsinə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisindən 1213 hektar, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar