2023-cü il üzrə statistik məlumatlara əsasən, perinatal dövrdə müşahidə olunan xəstəliklərin və ölüm hallarının artımı qeyd edilib.
Bu barədə "Den.az"-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, “Əhalinin xəstələnməsi” üzrə cədvəlinə əsasən, perinatal dövrdə meydana çıxan xəstəliklərin sayı 2022-ci ildə 7992 olduğu halda, 2023-cü ildə bu göstərici 9590-a yüksələrək 1598 vahid artım təşkil edib.
Bildirilib ki, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqlarında da artım müşahidə olunub. Belə ki, 2022-ci ildə 2625 olan bu göstərici, 2023-cü ildə 3150-yə çataraq 525 vahid artıb.
Vaxtından əvvəl doğulmuş, az və çox az çəkili körpələrin sayında da artım qeydə alınmışdır ki, bu da perinatal ölüm göstəricilərinə birbaşa təsir edən əsas amillərdən biridir. Xüsusilə, bu körpələr arasında tənəffüs çatışmazlığı üstünlük təşkil edir. Morfofunksional yetişməzlik səbəbindən belə körpələr küvez şəraitində saxlanılmalı və tənəffüs funksiyası xüsusi cihazlarla dəstəklənməlidir. Ağciyərlərdə surfaktant çatışmazlığı səbəbilə əvəzedici terapiya məqsədilə kurasurf preparatının tətbiqi həyata keçirilir.
Perinatal patologiyaya malik yenidoğulmuşların müalicəsi yüksək texnoloji avadanlıq və peşəkar tibbi yardım tələb edir. Bu cür bahalı xidmətlər İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində tam təmin edilir. Ölkəmizdə 3-cü səviyyəli doğuşayardım müəssisələri və elmi tədqiqat institutları bu sahədə geniş təcrübəyə malikdir.
Eyni zamanda, hamiləlik dövründə qadınların sağlamlıq göstəricilərində artan xəstələnmə halları və vaxtından əvvəl doğumların çoxalması perinatal ölüm göstəricilərinə təsir edən digər mühüm amillərdir. Hamilə qadınların vaxtında qeydiyyata alınması, risk qruplarının erkən aşkarlanması və müvafiq tibbi nəzarət vaxtından əvvəl doğumların qarşısının alınmasında mühüm rol oynayır.
Şahnaz Əliyeva
Den.az
SOS: Azərbaycanda son bir ildə ana və uşaq ölümü sürətlə artıb - STATİSTİKA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.