Mal və qoyun ətində ötən ildən müşahidə olunan növbəti bahalaşma dalğası hələ də davam edir.
Den.az xəbər verir ki, 2023-cü ilin geridə qalan ayları ərzində qırmızı ətin 1 kiloqramının pərakəndə satış qiyməti 1-2 manat məbləğində artıb.
2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra taxıl məhsullarının qiymətində kəskin artımın baş verməsi heyvan yemlərinin də dəyərinin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub. Heyvan yemlərinin bahalaşması isə öz növbəsində mal və qoyun ətinin dəyərini artırıb.
Lakin qeyd edək ki, son bir neçə ayda əvvəlki aylarla müqayisədə taxıl məhsullarının xeyli ucuzlaşmasına baxmayaraq, mal və qoyun ətinin qiymətində artım dayanmaq bilmir.
Azərbaycanda aparılan qiymət müşahidələri də bunu göstərir. Rəsmi statistik məlumatlara əsasən, daxili bazarda pərakəndə qaydada satılan doğranmış sümüklü mal ətinin bir kiloqramının qiyməti ötən ilin fevralında 11 manat olduğu halda, ilin sonunda 13 manata, 2023-cü ilin martında 13,5 manata, avqustun 1-də isə 14 manata çatıb.
Avqust ayından etibarən isə cavan mal ətinin qiymətində bir qədər də artım müşahidə edilir.
Ümumilikdə, son bir ildə mal ətinin qiyməti təxminən 3 manat (27 faiz), qoyun ətinin qiyməti 2,2 manat (17 faiz) artıb. Bu ilin əvvəlindən isə mal əti daha 1 manat, qoyun əti 1,2 manat bahalaşıb.
Qiymət artımına təsir göstərən əsas amillərdən biri də Azərbaycanda heyvan sayının azalmasıdır. Ölkəmizdə ötən ilin əvvəlində 1,295 milyon baş inək və camış olduğu halda bu ilin iyulunda onların sayı 1,254 milyon başa qədər azalıb. Son 15 ayda inək və camış sayının 41 min baş (3 faizdən çox) azalması daxili bazarda satışa çıxarılan heyvanların sayına da mənfi təsir göstərib ki, bu da qiymətlərin artmasını dəstəkləyib.
Sayda azalma qoyun və keçilərdə də müşahidə edilir. Ötən ilin əvvəlində 8,17 milyon baş olan qoyun və keçi sayı hazırda 7,32 milyon başdır. Son 15 ayda qoyun və keçilərin sayı 850 min baş və ya 10,4 faiz azalıb.
Azərbaycanda mal və qoyun əti BAHALAŞIB – SON QİYMƏTLƏR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.