Tələt Tahir oğlu Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
“Den.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Tələt Məcidov bu ordenə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, sabah T. Məcidovun 80 yaşı tamam olur.