24 
may
2024
15:47
132

Prezidentdən İsmət Abasovla bağlı - Sərəncam

24 may, 2024
15:47
132

Prezidentdən İsmət Abasovla bağlı - Sərəncam

Prezident İlham Əliyev sabiq kənd təsərrüfatı naziri İsmət Abasovla bağlı Sərəncam imzalayıb.

“Den.az” xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə İsmət Dursun oğlu Abasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah İ. Abasovun 70 yaşı tamam olur. O, 2004-2013-cü illərdə kənd təsərrüfatı naziri, 2013-2018-ci illərdə isə Baş nazirin müavini vəzifəsini icra edib.

Bizimlə əlaqə saxlayın


Çox oxunanlar