Ermənistan Prezidenti Vaaqn Xaçatryan Sünik (Zəngəzur) vilayətinə səfəri çərçivəsində bu bölgənin sərhədyanı kəndlərini və hərbi hissələrdən birini ziyarət edib.
Den.az xəbər verir ki, prezident Çakatən və Nerkin Xand kəndlərinə baş çəkərək yerli sakinlərlə səmimi şəraitdə görüşüb, onların gündəlik vəziyyəti ilə maraqlanıb, mövcud problemləri dinləyib və suallara cavab verib.
Səfər çərçivəsində dövlət başçısı həmçinin bir hərbi hissəyə baş çəkib, əsgərlərin yaşayış şəraiti və hissədəki ümumi vəziyyətlə tanış olub.
Prezident yüksək döyüş hazırlığı nümayiş etdirən bir sıra hərbçiləri də mükafatlandırıb.