Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
"Den.az" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Tərəflər ATACMS raketlərinin təmin edilməsi ilə Ukraynanın gücləndirilməsinin vacibliyini qeyd edib.
Kuleba Blinkenə "sülh formuluna” qlobal dəstəyin genişləndirilməsi üçün gələcək addımları və Ukrayna taxıl ixracını artırmaq üçün həll yollarını müzakirə edib.
“Mən ABŞ-a göstərilən bütün yardıma görə təşəkkür etdim və ATACMS-in təmin edilməsi yolu ilə Ukraynanın uzaqmənzilli imkanlarının gücləndirilməsinin vacibliyini vurğuladım”, - nazir Twitter-də əlavə edib.
Ordunun ATACMS taktiki raket sistemləri ABŞ-ın keçən il Ukraynaya göndərməyə başladığı HIMARS mobil sistemlərinin istifadə etdiyi raketlərdən təxminən 4 dəfə uzağa uça bilir.
Bu raketlərin uçuş məsafəsi 300 kilometrldir.
Kuleba Blinkenlə Ukraynanı ATACMS raketləri ilə təmin edilməsindən danışıb - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.