Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinə 6 ədəd “ATACMS” raketi atıb. Rusiya hava hücumundan müdafiə sistemləri onlardan 5-ni vurub, birini isə zədələyib”.
Den.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Məlumata görə, hücum ABŞ-ın Kiyevə Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verməsindən sonra həyata keçirilib.
Ekspertlər isə ABŞ-ın belə addımının səbəb və nəticələrindən danışıblar.
“Rusiyanın zenit-raket kompleksləri “S-400”, “S-300V4”, “Buk-M3” komplekslərini və “ATACMS” raketlərini ələ keçirməyə qadirdir”, – Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
“ABŞ-ın bu icazəsi Vaşinqtonun Rusiyanı təhrik etmək cəhdi ola bilər”, – Prezident yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Bezpalko deyib.
Beynəlxalq Humanitar və Siyasi Araşdırmalar İnstitutunun eksperti Bruter deyir ki, Tramp üçün bu icazəni ləğv etmək o qədər də asan olmayacaq.
“Bu, Birləşmiş Ştatların yanlış qərarıdır və münaqişənin nəticələrini daha da ağırlaşdıra bilər”, – Dövlət Dumasının deputatı Aleksey Çepa deyib.
“Amerika raketləri ilə Rusiyanın dərinliklərinə endirilən zərbələr Zelenski rejimini xilas etməyəcək. Ancaq bu, Kiyev hakimiyyəti üçün intihar addımı olacaq”, – Rusiyanın İctimai Palatasının komissiya sədri Vladimir Roqov vurğulayıb.
Günəş Fərəh
Den.az
Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinə 6 ədəd “ATACMS” raketi atıb

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.