NATO-nun baş katibi Mark Rütte Avropanın ABŞ olmadan özünü qoruya bilməyəcəyi ilə bağlı açıqlamalarına görə vəzifəsindən uzaqlaşdırılmayacaq. Bu fikri NEWS.ruya açıqlamasında almaniyalı politoloq Aleksandr Rar səsləndirib.
Onun sözlərinə görə, bu bəyanatlar Avropa İttifaqında qalmaqala səbəb olsa da, Rüttenin siyasi səhnədən kənarlaşdırılması yalnız Donald Trampın iradəsindən asılı ola bilər.
Rar bildirib ki, avropalı siyasətçilər NATO-nun ABŞ-ın müdafiəsi olmadan mövcud ola bilməyəcəyi barədə fikirlərə görə Rütteni tənqid etməyə davam edirlər. Lakin onu postundan kənarlaşdırmaq imkanına malik olan yeganə şəxs ABŞ prezidentidir. Politoloqun sözlərinə görə, Rütte Ağ Evin rəhbərinə xoş gəlməyi bacarır.
Ekspert əlavə edib ki, Almaniya və Fransa bir neçə ildən sonra Avropanı ABŞ-dan daha müstəqil və avtonom etmək imkanlarını müzakirə etsə də, qitənin cənub və şərq ölkələrinin əksəriyyəti təkbaşına yol getmək istəmir. Rarın fikrincə, Avropanın real avtonomlaşması üçün illər, bəlkə də onilliklər lazımdır və Avropa İttifaqındakı sağlam düşüncəli siyasətçilər bunu yaxşı anlayırlar.

