NATO-nun baş katibi Mark Rütte “NATO hava məkanına müdaxilə” müzakirəsi zamanı Estoniya hökumət başçısı Kristen Mixalla səsini qaldırıb. DenMedia.az xəbər verir ki, bu barədə Fox News amerika kanalı mənbələrə istinadən məlumat yayıb. Onların sözlərinə görə, alyans daxilində fikir ayrılıqları güclənib və Rütte Estoniya baş naziri ilə “konfliktə girib”.
Məlumatda bildirilir: “O, hətta Mixala qarşı səsini qaldıraraq xəbərdarlıq edib ki, NATO həyəcan siqnallarını nə qədər tez-tez verdiyinə diqqətli olmalıdır.”