Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq üzrə Birgə Komitənin ilk iclası Əbu-Dabi şəhərində baş tutub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iclasda iki ölkənin müdafiə qurumları arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq üzrə Birgə Komitənin iclasının Protokolu” imzalanıb.

