Bakıda Azərbaycan Müdafiə Nazirliyinin hərbi mütəxəssisləri ilə NATO nümayəndələri arasında 2025-ci il Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində ikinci koordinasiya görüşü keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə general-mayor Vüqar Əliyevədiyev bildirib ki, NATO-nun mobil təlim qrupu ilə birgə alyans standartları, operativ planlaşdırma və qərargah prosedurları üzrə mütəmadi təlimlər keçirilir.
Tərəflər vurğulayıblar ki, qarşıdakı təlimlər Azərbaycan–NATO əməkdaşlığını daha da genişləndirəcək və regionda təhlükəsizliyə töhfə verəcək. Həmçinin Azərbaycan hərbçilərinin sülhməramlı missiyalarda iştirakı yüksək qiymətləndirilib.
Görüş zamanı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və təlimlərin keçirilməsinə dair qarşılıqlı anlaşma protokolu imzalanıb.

