Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
XİN-dən bildirilib ki, Rusiya səfiri ilə keçirilən görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Konstantin Zatulinin 5 fevral tarixli açıqlaması ilə əlaqədar qəti etiraz ifadə olunub. Sözügedən bəyanat Azərbaycanda Ermənistan vətəndaşları barədə çıxarılmış hökmlərlə bağlı olub.
Görüş zamanı Rusiya tərəfinə müvafiq nota təqdim edilib.

