Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb.
Bu barədə səfirliyin sosial şəbəkə hesabında yayılan məlumatda bildirilir ki, regionda baş verən hadisələrlə əlaqədar diplomatik nümayəndəlik müəyyən edilməmiş müddətə fəaliyyətini dayandırır.
Açıqlamada qeyd olunub:
“Regionda baş verən hadisələrlə əlaqədar səfirlik qeyri-müəyyən müddətə fəaliyyətini dayandırır. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Xahiş edirik anlayışla qarşılayasınız. Yaranan narahatlığa görə üzr istəyirik.”

