Rusiya səfirliyi İrandan Rusiya vətəndaşlarının təxliyəsində göstərilən dəstəyə görə Azərbaycan hakimiyyətinə təşəkkür edib.
Bu barədə diplomatik nümayəndəlik Telegram kanalında məlumat yayıb.
Bildirilir ki, Rusiya vətəndaşları Astara sərhəd-keçid məntəqəsi vasitəsilə ölkəni tərk edirlər.
“Sərhədin keçilməsi üçün icazələrin verilməsi məsələlərinin operativ şəkildə baxılıb həll olunmasına görə Azərbaycan tərəfinə təşəkkürümüzü bildiririk”, — deyə açıqlamada qeyd olunub.
Məlumata görə, Bakıda sərhəd keçidi ilə bağlı icazələrin verilməsi məsələləri qısa müddətdə nəzərdən keçirilib.

