Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammitində çıxışı zamanı bildirib ki, icra olunan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək.
Dövlət başçısı qeyd edib:
Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir. Hazırkı qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır.
Prezidentin sözlərinə görə, Orta Dəhliz boyunca gömrük prosedurları sadələşdirilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində hazırlanan e-Permit sistemi elektron icazələrin operativ şəkildə təqdim olunmasını təmin edir.
Prezident İlham Əliyev vurğulayıb:
Türk Dövlətləri Təşkilatı çərçivəsində hazırlanan e-Permit sistemi elektron icazələrin operativ şəkildə təqdim olunmasını təmin edir.

