Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda Zakaraşvilinin çoxillik diplomatik təcrübəyə malik olduğu qeyd edilib. O, 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və Gürcüstanın GUAM yanında daimi nümayəndəsi vəzifələrində çalışıb.
Zakaraşvili bundan əvvəl Gürcüstanın Ukraynadakı səfirliyində, həmçinin İsveçrənin Rusiyadakı səfirliyi nəzdində Gürcüstanın maraqlarını təmsil edən bölmədə fəaliyyət göstərib.

