Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında iştirak edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sammitdə AQEM-in gələcək inkişafı, eləcə də təşkilatın Avrasiya məkanında çoxtərəfli əməkdaşlıq sistemində rolunun genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
VII AQEM Zirvə Toplantısı 15 oktyabrda Bakıda əyani formatda keçiriləcək. Tədbirdə üzv və müşahidəçi dövlətlərin, eləcə də tərəfdaş təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

