Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.
Bildirilib ki, Bakıda keçirilən görüş təkbətək formatda baş tutub.

