Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Macarıstanın Baş nazirinin müavini, xarici işlər və xarici ticarət naziri Anita Orbanla görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Görüş zamanı Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, müntəzəm siyasi dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı, eləcə də aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

