Page Six nəşrinin məlumatına görə, Hollivud aktrisası Cessika Simpson yeni Hulu serialında “All’s Fair” (“Hər şey ədalətli”) uğursuz plastik əməliyyatdan çıxmış qadın obrazını canlandırıb.
Sosial şəbəkələrdə yayılan kadrlarda Simpsonun siması tamamilə dəyişib. Aktrisanın sözlərinə görə, makiyaj prosesi səkkiz saata yaxın çəkib ki, o, üz gərmə əməliyyatı uğursuz alınmış qadın kimi görünsün.
Serial boşanma işlərində ixtisaslaşan qadın vəkillər haqqında danışır. Süjetə görə, onlar kişi rəhbərlərin idarə etdiyi hüquq firmasını tərk edir və öz şirkətlərini açırlar. Layihədə Naomi Uotts, Sara Polson, Tiyana Teylor kimi ulduzlar da iştirak edib.
Simpson əvvəllər etiraf edib ki, üçüncü hamiləliyi zamanı 45 kiloqram çəki alıb və bu hal ona ciddi komplekslər yaradıb. O, bir il ərzində qlütensiz pəhriz və idman sayəsində əvvəlki formasına qayıdıb: “Nəticə möhtəşəm oldu, ilk övladımdan əvvəl geyindiyim cinsləri yenidən geyə bildim.”
Hazırda o, sərt pəhriz və idman rejiminə əməl etdiyini, nadir hallarda qaydanı pozduğunu bildirib.

